Trampa hücumdan əvvəl göstərilən kağızın sirri: Nə yazılıb?
Bizi izləyin

Dünya

Trampa hücumdan əvvəl göstərilən kağızın sirri: Nə yazılıb?

Trampa hücumdan əvvəl göstərilən kağızın sirri: Nə yazılıb?

ABŞ-da iştirak etdiyi şam yeməyində Donald Trampa silahlı hücumdan az əvvəl məşhur illüziya ustası Oz Pearlmanın göstərdiyi kağızda nə yazıldığı məlum olub.

Publika.az xəbər verir ki, Pearlman bu barədə “USA Today”ə danışıb.

O, Ağ Ev sözçüsü Karolin Leavitin doğulmamış körpəsinin adını təxmin etməyə çalışdığı bir şouda çıxış etdiyini bildirib.

Pearlman vurğulayıb ki, Leavitin körpəsinə vermək istədiyi "Viviane" adını düzgün təxmin etdiyi kağızı Trampa göstərərkən silah səsləri eşidilib.

"Həmin anda düşündüm ki, ölürük. Bomba partlayıbmış kimi hiss etdim. Prezidentdən cəmi bir neçə metr aralıda idim və o, yerdə uzanarkən göz təması qurduq. Bu baxış yaddaşımda əbədi olaraq qalacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 25-də Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı şəxs zala daxil olmağa cəhd edib və atəş açaraq gizli xidmət əməkdaşını yaralayıb. Şübhəli hadisə yerində saxlanılıb. Onun 31 yaşlı videooyun tərtibatçısı və müəllim Koul Allen olduğu müəyyən edilib. Prezident və digər rəsmi şəxslər xəsarət almayıblar.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm