Dünya
Rusiya SSRİ sərhədlərini bərpa edə bilər - NATO-dan iddia
Şimali Atlantika Alyansında (NATO) yenidən Rusiyanın keçmiş SSRİ sərhədlərini bərpa etmək niyyəti ilə bağlı iddialar səsləndirilib.
Publika.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone açıqlama verib və Rusiyanı əsas təhlükə adlandırıb.
Onun sözlərinə görə, Moskvanın əvvəl sahib olduğu əraziləri geri qaytarmağa çalışacağı ehtimalı var.
“Şübhəsiz ki, Rusiya bir nömrəli təhdiddir. Gözləmək olar ki, o, vaxtilə sahib olduğu əraziləri geri almağa çalışacaq. Mən SSRİ-nin dağılmasından əvvəlki dövrü nəzərdə tuturam”, - deyə admiral bildirib.
Draqone bunun təkcə Baltikyanı ölkələrə aid olmadığını vurğulayıb və NATO-nun özünümüdafiəyə diqqət yetirdiyini vurğulayıb.
Maraqlıdır ki, admiral bu fikirlərini Baltikyanı üç ölkənin rəsmilərinin “hazırda birbaşa təhlükə görmürük” açıqlamasından sonra da təkzib etməyib.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO-nun hərbi potensialını artırması Moskva üçün təhlükə sayılmır. Onun sözlərinə görə, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər imkanlara malikdir.
Müəllif: Adəm
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar
-
Dünya08:49İran ABŞ-a yeni təklif göndərdi
-
Dünya07:15Dünya əhalisi buna həsrət qalacaq - Müharibənin inanılmaz təsiri





































.png)

