Dünya
Gizli yazışmalar üzə çıxdı: ABŞ-İran müharibəsi ilə bağlı yeni plan sızdırıldı
ABŞ administrasiyası qlobal enerji trafikinin mərkəzi olan Hörmüz boğazında gəmi keçidlərini yenidən başlatmaq üçün beynəlxalq koalisiya yaratmaq planını işə salıb.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
İddiaya görə, Vaşinqton "Dəniz Azadlığı Strukturu" adı altında yeni bir ittifaq yaratmaqla müttəfiqlərini masa arxasına gətirməyə çalışır.
Bildirilir ki, ABŞ Dövlət Departamentinin səfirliklərə göndərdiyi təlimatda ölkələrə bu quruma qoşulmaq üçün güclü təzyiq göstərilməsi tələb olunub. Planın kəşfiyyat mübadiləsi, diplomatik koordinasiya və sanksiyaların eyni vaxtda tətbiqi yolu ilə Hörmüz boğazını yenidən açmağı hədəflədiyi vurğulanır.
Məlumata görə, yazışmalarda "Sizin iştirakınız naviqasiya azadlığını bərpa etmək və qlobal iqtisadiyyatı qorumaq qabiliyyətimizi gücləndirəcək" deyilir.
ABŞ-ın yüksək vəzifəli rəsmisi bu təşəbbüsün prezident Donald Tramp üçün masada ən kritik məsələlərdən biri olduğunu təsdiqləyib.
Lakin nəşrə görə, ərazidəki vəziyyət Vaşinqtonun ritorikasına ziddir. Tramp həftələr əvvəl boğazın tam açıq və ticarət üçün hazır olduğunu elan etsə də, gəmilərin hərəkəti hələ də blokada altındadır. İranın Tehranın razılığı olmadan keçən tankerlərə qarşı hücumları, ABŞ-ın İran limanlarına gedən və İrandan gələn bütün gəmilərin blokadası bölgəni faktiki olaraq münaqişə zonasına çevirib.
Müəllif: Roza
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb
-
Dünya10:08ABŞ Almaniyadan çəkilir, Rusiyadan reaksiya gəldi: “Qara ləkə”
-
Nida Xəbər 09:56Azərbaycanda maaş sistemində mühüm yenilik...
-
Dünya09:50Nazirin həyat yoldaşı Çin paltarı geyindi, ara qarışdı: "Temu"da su qiymətinədir - FOTO
-
ABŞ08:49ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
-
Ekologiya08:24Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?



















.png)















