Dünya
Putin-Tramp danışıqlarındakı gizli detallar üzə çıxdı: Moskva şərtlərini diktə edir
Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin rəhbəri Donald Tramp arasında baş tutan telefon danışığı Ukrayna müharibəsindəki yeni reallıqları üzə çıxarıb. Amerikalı politoloq Malek Dudakov mövzu ilə bağlı verdiyi açıqlamada Moskvanın hazırda vəziyyətə tam nəzarət etdiyini və hərbi inisiativin Rusiya tərəfinə keçdiyini bildirib.
Publika.az xəbər verir ki, ekspert bu barədə Rusiyanın “News.ru” portalına danışıb.
Politoloqun fikrincə, bu danışıq zamanı Rusiya tərəfi vurğuları çox dəqiq və düzgün yerləşdirib. O qeyd edib ki, Rusiya tərəfinin Pasxa bayramından sonra Qələbə Günü münasibətilə qısamüddətli atəşkəs təklif etməsi ordunun özünəinamından xəbər verir: “Bu, ilk növbədə inisiativin Rusiyanın tərəfində olduğunu göstərir. Rusiya rəhbərliyi nümayiş etdirir ki, döyüş meydanındakı uğurlar onlara müvəqqəti atəşkəs dövrlərində mövqe itirmək qorxusu olmadan, əminliklə hərəkət etməyə imkan verir”.
Dudakov danışıqların gedişatını analiz edərək vurğulayıb ki, hazırkı ABŞ administrasiyası vəziyyətə real təsir göstərmək iqtidarında deyil. Onun sözlərinə görə, Moskva Vaşinqtonun bu acizliyini açıq şəkildə qeyd edir: “Rusiya tərəfi Amerika administrasiyasını yumşaq şəkildə tənqid etdi. Onlar hazırda nə Avropadakı "müharibə partiyasına", nə də Ukrayna lobbiçilərinə təsir edə bilmirlər. Vaşinqton bu qüvvələri Rusiya ilə real şərtlər daxilində danışıqlara getməyə məcbur etmək gücündə deyil”.
Ekspert Rusiyanın geri addım atmayacağı konkret tələbləri də sıralayıb. Dudakovun sözlərinə görə, Moskvanın “real şərtlər” dediyi məqamlar bunlardır: Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması, yeni ərazi reallıqlarının (ərazi dəyişikliklərinin) tanınması, Ukraynanın tam demilitarizasiyası (hərbsizləşdirilməsi) və Rusiya üçün təhlükəsizlik təhdidlərinin aradan qaldırılması.
Politoloq sonda əlavə edib ki, yalnız Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı uğurları Vaşinqtonu öz kursuna düzəliş etməyə və Moskvanın mövqeyini qəbul etməyə məcbur edəcək. Əks halda, diplomatik həll yolu qeyri-mümkün olaraq qalacaq.
Müəllif: Adəm
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb













.jpg)



.png)
.jpg)













