Dünya
Çin Afrikanın 53 ölkəsinə "cənnətin qapısı"nı açdı: Yalnız bir dövləti kənarda saxladı
Çin Afrika ilə ticarət siyasətində mühüm addım atıb.
Publika.az “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, rəsmi Pekin Afrika ölkələri üçün idxal rüsumlarını sıfırladığını açıqlayıb.
Yeni qərara əsasən, 1 may 2025-ci ildən etibarən 53 Afrika ölkəsi Çin bazarına tam rüsumsuz çıxış əldə edəcək və bu rejim 30 aprel 2028-ci ilə qədər qüvvədə qalacaq.
Diqqətçəkən məqam isə odur ki, bu siyahıdan yalnız bir ölkə - Esvatini kənarda saxlanılıb. Səbəb isə bu ölkənin Tayvan ilə diplomatik əlaqələri qorumasıdır.
Qeyd edək ki, daha əvvəl bu güzəştlər yalnız Afrikanın 33 ən az inkişaf etmiş ölkəsinə şamil olunurdu. Yeni qərarla Çin dünyada ilk böyük iqtisadiyyat kimi Afrika ölkələrinə birtərəfli şəkildə, heç bir tarif maneəsi olmadan bazarını açmış oldu.
Ekspertlər bu addımı Pekinin qitədə siyasi və iqtisadi təsirini artırmaq cəhdi kimi qiymətləndirirlər. Analitiklər hesab edir ki, rüsumların ləğvi gözlənildiyi qədər ciddi dönüş yaratmaya bilər.
Bundan başqa, ticarət balansı ciddi şəkildə Çinin xeyrinə qalmaqda davam edir. Afrikanın Çinlə ticarətdə kəsiri ötən il 65% artaraq rekord həddə - 102 milyard dollara çatıb.
Qeyd olunur ki, bu yeni rejimdən ən çox fayda əldə edəcək ölkələr Afrikanın nisbətən inkişaf etmiş iqtisadiyyatları olacaq. Xüsusilə Cənubi Afrika Respublikası və Mərakeş kimi ölkələr əlavə dəyərli məhsulların ixracını artırmaq üçün real imkanlar qazanacaq.
Müəllif: Adəm
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu














.jpg)

.png)











.png)

.jpg)





