Dünya
Korrupsiya qalmaqalının Zelenski üçün yaratdığı problem - Avropa tərəddüd edir
Ukraynada ortaya çıxan yeni korrupsiya qalmaqalı prezident Volodimir Zelenski üçün ciddi problemə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, qalmaqal xüsusilə Ukraynanın yaxın illərdə Avropa İttifaqına üzvlüyü məsələsinin gündəmdə olduğu dövrdə baş verib. Bildirilir ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) Zelenskinin yaxın çevrəsi ilə bağlı araşdırması Kiyevin Avropa inteqrasiyası prosesinə mənfi təsir göstərə bilər.
Xatırladılıb ki, Zelenski ölkəsinin 2027-ci ildə Aİ-yə qoşulacağını desə də, Avropa liderləri bunu real hesab etmirlər. Səbəb kimi isə Ukraynanın hələ də lazımi meyarlara tam cavab verməməsi göstərilir.
Məlumata görə, NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakı Kiyevdə elit yaşayış kompleksi tikintisi zamanı 10,5 milyon dolların yuyulmasında ittiham edib. Qurum bununla bağlı səs yazıları və yazışmalar yayıb. Yermak isə ittihamları rədd edib.
Bundan əvvəl Aİ Ukrayna ilə inteqrasiya danışıqlarının başlaya biləcəyi mümkün tarixi də açıqlamışdı.
Müəllif: Roza
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR


















.jpg)















