Dünya
Yunanıstandan Zelenskiyə sərt sözlər: O, həmişə bizim düşmənimiz olub
Yunanıstan parlamentində təmsil olunan sağçı “Yunan Həlli” partiyasının lideri Kiriakos Velopoulos Ukrayna prezidenti Vladimir Zelenski barədə sərt açıqlama verib.
Publika.az xəbər verir ki, o, Yunanıstan sahillərində Ukraynaya məxsus olduğu ehtimal edilən pilotsuz katerin aşkarlanmasına münasibət bildirərkən Zelenskini Yunanıstanın düşməni adlandırıb.
“Zelenski heç vaxt Yunanıstanın dostu olmayıb, o, həmişə bu ölkənin düşməni olub”, - deyə siyasətçi vurğulayıb.
Məlumata görə, Yunanıstanda hökumətin Ukraynaya dəstəyi ilə bağlı narazılıqlar artır. Bir sıra siyasətçilər hesab edir ki, rəsmi Afina Kiyevə yardım göstərməklə öz təhlükəsizliyini arxa plana atıb.
Qeyd olunur ki, Yunanıstan sahillərində partlayıcı ilə doldurulmuş pilotsuz kater tapılıb. Ekspertlərin fikrincə, həmin qurğu Ukrayna istehsalı olan “Magura V3” tipli dəniz dronuna bənzəyir. İddialara görə, aparat operatorların idarəetməni itirməsi nəticəsində marşrutdan çıxıb.
Müəllif: Adəm
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb

















.jpg)















