Bu ölkə Fars körfəzində İran gəmisinə hücum etdi - Əraqçidən reaksiya
Bizi izləyin

Dünya

Bu ölkə Fars körfəzində İran gəmisinə hücum etdi - Əraqçidən reaksiya

Bu ölkə Fars körfəzində İran gəmisinə hücum etdi - Əraqçidən reaksiya

Küveytin Hərbi Dəniz Qüvvələri Fars körfəzində İrana aid gəmiyə hücum edib.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında bildirib.

"Küveyt nifaq salmaq üçün açıq-aşkar bir cəhdlə Fars körfəzində qanunsuz olaraq İran gəmisinə hücum edib və 4 vətəndaşımızı saxlayıb", - o qeyd edib.

Nazir əlavə edib ki, bu əməl ABŞ tərəfindən İrana hücum etmək üçün istifadə edilən adanın yaxınlığında baş verib.

"Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edir və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq", - Əraqçi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm