Dünya
Can Polat qətlində şok detal - Hücum əmrini onlar verib
Türkiyənin Alaçatı bölgəsində baş verən və sosial media fenomeni Engin Polatın qohumu Can Polatın ölümü ilə nəticələnən silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dilan və Engin Polat cütlüyü Çeşmə tətili zamanı hədəf alınıb.
Ailənin mühafizəçisi, həmçinin Engin Polatın qohumu 37 yaşlı Can Polat hotelin qarşısında silahlı hücuma məruz qalaraq həyatını itirib.
Hadisəni törədən 23 yaşlı şübhəli qısa müddətdə yaxalanıb. İzmir Valiliyinin açıqlamasına əsasən, S.A. cinayətdə istifadə edildiyi düşünülən silahla birlikdə saxlanılıb.
İstintaq zamanı hücum əmrinin ictimaiyyətdə “Daltonlar” kimi tanınan cinayət qrupundan verildiyi üzə çıxıb.
Digər bir iddiaya görə, hücumçular Polat ailəsinin yerini Dilan Polatın sosial media paylaşımlarından müəyyən edib. Engin Polatın isə ilkin ifadəsində uzun müddətdir bu qruplaşma tərəfindən təhdid olunduqlarını təsdiqlədiyi bildirilir.
Müəllif: Roza
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
-
Sağlamlıq09:0040 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
-
Nida Xəbər 08:49Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
-
Magazin106:16Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
































