Dünya
Bu ölkədə doğuş sayı rekord həddə endi
Yaponiyada ötən il doğulan körpələrin sayı rekord sayda az olub.
Publika.az Yaponiya Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə doğuşların sayı əvvəlki ilə nisbətən təxminən 15 min azalaraq 671 minə düşüb. Doğuş sayı ardıcıl 10 ildir azalır və ötənilki rəqəm 1899-cu ildə qeydiyyatın aparılmasına başlanmasından indiyədək ən aşağı göstəricidir.
Nazirliyin tabeliyindəki Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu hələ 3 il əvvəl Yaponiyada doğuşların sayının 2040-cı illərdə 670 minə düşəcəyini təxmin etmişdi. Yaponiya həmin səviyyəyə 15 il tez çatıb.
Doğuşların sayı 1949-cu ildə körpə bumu zamanı 2,69 milyon göstərici ilə pik həddə çatıb. 2025-ci ildəki rəqəm bunun təxminən dörddəbirini təşkil edib.
Doğuş sayı ilə yanaşı, qadınların doğuş əmsalı da əvvəlki ilə nisbətdə 0,01 bənd azalaraq tarixi minimuma (1,14 uşaq) düşüb. Bölgələrə görə ən aşağı göstərici paytaxt Tokioda (0,96), ən yüksək isə Okinavada (1,52) qeydə alınıb.
Doğuşların və doğuş nisbətinin ildən-ilə azalması ölkədə əhalinin sayının azalmasının əsas səbəblərindən biridir. Yaponiyada əhalinin sayı 2010-cu ildə pik həddə (128,5 milyon nəfər) çatdıqdan sonra ardıcıl azalma müşahidə olunur. Ötən il bu rəqəm 123,4 milyon nəfər olub. Proqnozlara görə, Yaponiyada əhalinin sayı 2060-cı ilə qədər 70 milyonadək, əsrin sonuna isə 43 milyonadək azalacaq. 2060-cı ildə əhalinin təxminən 40 faizini yaşı 65-dən yuxarı olanlar təşkil edəcək.
-
Rəsmi xronika16:23İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi

























.jpg)

.jpg)








