Dünya
Rusiya BMT-də Almaniyanı hədəfə aldı: Yenidən silahlanır
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Almaniyanın hazırkı siyasətinin 1990-cı ildə imzalanmış Almaniyanın birləşməsi haqqında sazişin müddəalarına zidd olduğunu bildirib.
Publika.az xəbər verir ki, diplomat bu barədə “Vesti” nəşrinə danışıb.
Nebenzya qeyd edib ki, Almaniya hərbi potensialını sürətlə artırır, ölkə rəhbərliyinin bəyanatları isə sülhün möhkəmlənməsinə xidmət etmir.
Onun sözlərinə görə, BMT Nizamnaməsinə əsasən Almaniya hələ də “düşmən dövlətlər” siyahısında yer alır. Rusiyalı diplomat ölkədə yenidən silahlanma və revanşist meyillərin getdikcə daha açıq şəkildə özünü göstərdiyini iddia edib.
Nebenzya xatırladıb ki, 1990-cı il sazişinə görə, vahid Almaniya dinc dövlət olmalı, qonşuları və beynəlxalq sabitlik üçün təhlükə yaratmamalı idi. Lakin onun fikrincə, hazırda vəziyyət tam əks istiqamətdə inkişaf edir.
Diplomat tarixi paralellər də apararaq bildirib ki, Rusiya Almaniyanın ötən əsrin 40-cı illərində “Avropanın müdafiəsi” şüarı altında demək olar ki, bütün qitəni müharibəyə cəlb etməsini və qüvvələrini Sovet İttifaqına qarşı yönəltməsini unutmayıb.
Adəm
-
Dünya22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı







.jpg)


























