İdman
DÇ-2026: Braziliya millisi növbəti mərhələdə - Yeniləndi
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.
Publika.az xəbər verir ki, mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkib. Hyuston şəhərindəki NRG stadionunda oynanılan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Braziliya millisinin qollarını Kazemiro və Qabriel Martinelli vurub. Asiya komandasının qoluna isə Kaysü Sano imza atıb.
Braziliya növbəti raundda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.
***
Braziliya - Yaponiya qarşılaşması start götürdü.
Matçın canlı yayımını BURADAN izləyə bilərsiniz.
***
DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Yaponiya oyunu üçün heyətlər bəlli olub.
Publika.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça aşağıdakı futbolçularla çıxacaqlar:
Braziliya: 1 Alisson, 3 Qabriel Maqalyaes, 4 Markinyos, 13 Danilo, 16 Duqlas Santos, 5 Kazemiro, 8 Bruno Gimaraes, 20 Lukas Paketa, 7 Vinisius Junior, 9 Mateus Kunya, 26 Rayan.
Ehtiyat oyunçular: 12 Veverton, 23 Ederson, 6 Aleks Sandro, 14 Bremer, 15 Leo Pereyra, 24 Rocer İbanyes, 2 Ederson Silva, 17 Fabinyo, 18 Danilo Santos, 10 Neymar Jr, 19 Endrik, 21 Luis Enrike, 22 Qabriel Martinelli, 25 İqor Tiaqo.
Yaponiya: 1 Sion Suzuki, 3 Şoqo Taniquçi, 21 Hiroki İto, 22 Takehiro Tomiyasu, 10 Ritsu Doan, 11 Dayzen Maeda, 13 Keyto Nakamura, 14 Cunya İto, 15 Daiçi Kamada, 24 Kayşu Sano, 18 Ayase Ueda.
Ehtiyat oyunçular: 12 Keysuke Osako, 23 Tomoki Hayakava, 2 Yukinari Suqavara, 4 Ko İtakura, 5 Yuto Naqatomo, 16 Tsuyoşi Vatanabe, 20 Ayumu Seko, 25 Cunnosuke Suzuki, 7 Ao Tanaka, 8 Takefusa Kubo, 17 Yuito Suzuki, 6 Şuto Maçino, 9 Keysuke Qoto, 19 Koki Oqava, 26 Kento Şioqai.
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...



































