Nida Təhlil
İsrail qondarma “erməni soyqırımı” kartına niyə əl atdı? - Netanyahunun yanlışı
İsrailin qondarma “erməni soyqırımı”nı tanıması Ankara-Tel-Əviv xəttində Qəzzada başlayan, Suriyada açıq müstəviyə keçən, İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsidir. Təl-Əviv bundan Ankaraya qarşı kart kimi istifadə edir, eyni zamanda, erməni məsələsini Yaxın Şərq siyasətində təsir imkanlarını genişləndirə biləcək fürsət olaraq görür. Gideon Saarın hökumətin qərarını əsaslandıran çıxışında “Livan və İranda böyük erməni icması, Qüdsün erməni məhəlləsi” mesajı da bu kontekstdə oxuna bilər.
Lakin Netanyahu hökumətinin qərarının ən çox İsrail üçün qeyri-məqbul nəticələrini görmək mümkündür.
Birincisi, Yaxın Şərqin erməni icması siyasi və praktiki olaraq, İsrailin bölgə ilə bağlı planlarında təsiredici potensiala malik deyil;
İkincisi, Ermənistan hökumətinin Türkiyə ilə normallaşma xətti İsrailin qərarının rəsmi müstəvidə effektini minimuma endirir;
Üçüncüsü, bu qərar beynəlxalq müstəvidə nəticəsizklə üzləşəcək, çünki erməni məsələsində Türkiyə üçün mənfi, Ermənistan üçün müsbət mənada ən pik nöqtə Baydenin “soyqırımı” deməsi olub və bundan sonra veriləcək qərarlar, deyiləcək sözlər “mənfi saldo”ya bərabərdir;
Dördüncüsü, İsrailin qərarı Holokosta alternativ olması baxımından “öz ayağına sıxmaq” kimi də qəbul edilə bilər;
Bu qərar Türkiyə üçün nə hüquqi, nə siyasi müstəvidə ciddi təhlükə yaratmır, əksinə mənfi nəticələr fonunda İsrailin özünə ziyanlıdır. Və hər iki ölkə ilə yaxın münasibəti olan, qardaşla dost arasında körpülərin tamamilə yanmamasına çalışan Azərbaycanın siyasəti üçün arzuolunan hal deyil.
Qərarın tam qüvvəyə minməsi üçün Knessetdə keçiriləcək səsvermənin müsbət nəticələnəcəyi ehtimalı yüksək görünmür.
Asif Nərimanlı
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir
































