Dünya
Bir dərmana görə təyyarəni məcburi endirdi: 360 sərnişin saatlarla hava limanında qaldı
Meksikadan Böyük Britaniyaya uçan sərnişin təyyarəsində qalmaqallı hadisə baş verib. TUI aviaşirkətinə məxsus təyyarə bir sərnişinin qeyri-adekvat davranışına görə marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, hadisə iyunun 5-də Meksikadan Böyük Britaniyaya uçuş zamanı baş verib.
Məlumata görə, kişi sərnişin uçuş zamanı qapını açaraq təyyarəni tərk etməyə cəhd edib. O, həmçinin digər sərnişinlərdən birində bıçaq gördüyünü iddia edərək təyyarədə təşviş yaradıb.
Stüardlar sərnişini zərərsizləşdirməyə müvəffəq olsalar da, vəziyyətin təhlükəli olması səbəbindən pilotlar təcili eniş qərarı veriblər. “Boeing 787” təyyarəsi Kanadanın Qander şəhərinə enib.
Lakin hava limanı ətrafındakı hotellərdə boş yer olmadığından sərnişinlər təxminən 14 saat aeroportda gözləməli olublar. Onların bir qismi gecəni hava limanının soyuq döşəməsində keçirməyə məcbur qalıb.
Reys ertəsi gün Mançester istiqamətində yoluna davam edib.
Hadisəni törədən şəxsin həyat yoldaşı isə ərinin davranışını uçuşdan əvvəl Meksikada bir taksi sürücüsündən aldığı dərmanla əlaqələndirib. Onun sözlərinə görə, həmin preparat kişinin səhhətinə və davranışına mənfi təsir göstərib.
Adəm
-
Dünya22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı







.jpg)


























