Dünya
İki nəhəng asteroid Yerə yaxınlaşır - Təhlükə var?
Yerə təyyarə ölçüsündə iki asteroid yaxınlaşır. Söhbət 2026 LD və 2026 KM3 adlı kosmik obyektlərdən gedir.
Publika.az “Times of India” nəşrinə istinadən xəbər verir ki, hər iki asteroid planetimizin yaxınlığından keçsə də, Yer üçün heç bir təhlükə yaratmır.
Diametri təxminən 52 metr olan 2026 LD asteroidi hazırda Yerdən 1,14 milyon kilometr məsafədədir. Bu, Yer ilə Ay arasındakı məsafədən təxminən üç dəfə çoxdur. Ölçülərinə görə asteroid “Boeing 737” sərnişin təyyarəsinin gövdəsi ilə müqayisə edilir.
Diametri təxminən 34 metr olan 2026 KM3 asteroidi isə daha uzaq məsafədən - təxminən 2,35 milyon kilometr aralıdan keçəcək.
Mütəxəssislər bildirirlər ki, bu obyektlər mövcud risk qiymətləndirmə meyarlarına əsasən təhlükəsiz hesab olunur. NASA və digər kosmik agentliklər asteroidlərin hərəkət trayektoriyalarını daim izləyir və onların Yerə toqquşma ehtimalının olmadığını vurğulayırlar.
Bununla belə, alimlər asteroidlərin müşahidəsinin formal prosedur olmadığını qeyd edirlər. Hər yeni müşahidə onların trayektoriyalarını daha dəqiq hesablamağa, proqnozlarda səhv payını azaltmağa və planetar müdafiə sistemlərini təkmilləşdirməyə imkan verir.
Xatırladaq ki, 13 aprel 2029-cu ildə qədim Misir mifologiyasında qaranlıq və dağıntı tanrısının şərəfinə adlandırılmış Apofis asteroidi Yerə rekord dərəcədə yaxın məsafədən keçəcək. Ölçüləri təxminən üç futbol meydançasına bərabər olan asteroid planetimizin səthindən cəmi 32 min kilometr məsafədə olacaq ki, bu da bir çox süni peyklərin orbitindən daha yaxındır.
Adəm
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı



































