Müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəksiniz - Zelenski Rusiyanı belə hədələməmişdi
Bizi izləyin

Dünya

Müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəksiniz - Zelenski Rusiyanı belə hədələməmişdi

Müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəksiniz - Zelenski Rusiyanı belə hədələməmişdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raketlərdən istifadə edərək hücumları artıracağı ilə hədələyib.

Publika.az xəbər verir ki, Zelenski bu açıqlamanı Estoniyaya səfəri zamanı verib. Ukrayna lideri əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri tam cavab verməyə imkan verəcək səviyyəyə çatacaq.

“Əlbəttə, Rusiya başa düşür ki, əgər 600 dron və raket olarsa, onlar da bu müharibəni bizim hiss etdiyimiz kimi hiss edəcəklər”, - Zelenski bildirib.

Ukrayna prezidenti bildirib ki, Avropa Rusiya ilə danışıqlarda iştirak etməlidir. O hesab edir ki, Avropa Birliyi (AB) ölkələri vasitəçilik edə bilməzlər, çünki o halda Rusiya əleyhinə məhdudiyyətlər barədə qərar qəbul edərkən neytral mövqe tutmalı olacaqlar.

“Avropa istənilən danışıqlarda iştirak etməlidir. Avropa sadəcə vasitəçi ola bilməz, çünki Avropa bizim tərəfimizdədir”, - Zelenski əlavə edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm