Dünya
İran region ölkələrinə xəbərdarlıq etdi
İran ABŞ-ı ölkənin cənub bölgələrinə zərbələr endirməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Vaşinqtonun addımlarının beynəlxalq hüququ və İranın suverenliyini pozduğu iddia edilib.
Tehran bildirib ki, ABŞ-ın hücumlarına cavab olaraq İran silahlı qüvvələri regiondakı Amerika hədəflərinə zərbələr endirib. İran tərəfi bu addımların özünümüdafiə hüququ çərçivəsində atıldığını vurğulayıb.
Bəyanatda region ölkələrinə də müraciət edilərək onların ərazilərinin və infrastrukturunun ABŞ və İsrail tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verməməsi istənilib.
Tehran BMT Təhlükəsizlik Şurasını münaqişənin gərginləşməsinə görə məsul hesab etdiyi tərəflərlə bağlı addım atmağa çağırıb.
Müəllif: Roza
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"




































