Dünya
Yaxın Şərqdə gərginlik bazarları silkələdi: Neft bahalaşdı, qızıl...
Yaxın Şərqdə ABŞ və İran arasında yenidən artan gərginlik, eləcə də Hörmüz boğazında ticarət gəmilərinə hücumlar dünya bazarlarında neft və qızıl qiymətlərinə təsir göstərib.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Brent” markalı neftin bir barelinin qiyməti ötən gün 5,46 faiz bahalaşaraq 75,93 dollara yüksəlib. Gün ərzində qiymət 76,60 dollara çataraq son iki həftənin ən yüksək səviyyəsində olub.
Analitiklər bildirirlər ki, son hadisələr ABŞ-İran arasında əldə olunmuş razılaşmanı risk altına salıb və qlobal neft tədarükü ilə bağlı narahatlıqları artırıb.
Qızıl bazarında isə əks mənzərə müşahidə olunur. Neft qiymətlərinin yüksəlməsi inflyasiya və yüksək faiz gözləntilərini gücləndirdiyi üçün qızıl üzərində satış təzyiqi yaranıb. Dünya bazarında qızılın bir unsiyasının qiyməti 1,42 faiz ucuzlaşaraq 4 106 dollara enib. Bu gün səhər saatlarında isə 4 125 dollar səviyyəsində ticarət olunub.
Müəllif: Roza
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər








.jpg)
.jpg)
























