Dünya
İsrail və Yunanıstan təşvişdə: Güc balansı pozulur
NATO sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş İsrail və Yunanıstan mediasında geniş əks-səda doğurub.
Publika.az xəbər verir ki, Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğv olunacağını bildirərək, "Niyə Türkiyəyə F-35 verməyək?" ifadəsini işlədib.
İsrail mətbuatı Türkiyənin F-35 qırıcılarına sahib olmasının Yaxın Şərqdə güc balansını dəyişə biləcəyini yazıb. "Maariv" nəşri bu vəziyyətin İsraildə narahatlıq yaratdığını qeyd edib, "Kikar" isə Ankaranın F-35 əldə edəcəyi təqdirdə bölgədə üstünlük qazana biləcəyini vurğulayıb.
Yunanıstan mətbuatı NATO sammitinin Türkiyənin alyans daxilində strateji rolunu gücləndirmək məqsədi daşıdığını bildirib. "Banking News" nəşri İsrail-İran müharibəsindən sonra formalaşan geosiyasi vəziyyətin Türkiyənin ABŞ və Avropa qarşısında mövqeyini gücləndirdiyini qeyd edib.
Müəllif: Roza
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər








.jpg)
.jpg)
























