Dünya
Təhsildə rekord mükafat: Şeyx şagirdlərə bu qədər pul payladı
BƏƏ-də ən yüksək nəticə göstərən orta məktəb məzunları bu dəfə təkcə diplom deyil, böyük pul mükafatı da qazanıblar.
Publika.az xəbər verir ki, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ölkənin ən yaxşı orta məktəb məzunlarını hərəsinə 100 min dirhəm (təxminən 46 min manat) məbləğində pul mükafatı və şəxsi təbrik məktubu ilə təltif edib.
Şeyx müraciətində bildirib ki, məzunların qazandıqları uğurlar bütün ölkə üçün qürur mənbəyidir. O vurğulayıb ki, hər bir uğurlu gənc BƏƏ-nin inkişafı və rifahında mühüm rol oynayacaq.
Məzunlar isə göstərilən dəstəyin onları daha böyük hədəflərə doğru irəliləməyə həvəsləndirdiyini deyiblər. Onların bir çoxu universitet təhsili alaraq gələcəkdə ölkənin iqtisadiyyatına, elm və texnologiya sahələrinin inkişafına töhfə verməyi planlaşdırır. (Musavat.com)
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı














.jpg)


















