İkimərtəbəli avtobus aşdı: 46 nəfər... - FOTO
Bizi izləyin

Dünya

İkimərtəbəli avtobus aşdı: 46 nəfər... - FOTO

İkimərtəbəli avtobus aşdı: 46 nəfər... - FOTO

Türkiyənin Amasya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az NTV-yə istinadən xəbər verir ki, İstanbuldan Ordu istiqamətinə hərəkət edən ikimərtəbəli sərnişin avtobusu Sarıköy kəndi yaxınlığında aşıb. Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Qəza nəticəsində avtobusda olan 46 nəfər xəsarət alıb.

Yaralılar yaxındakı xəstəxanalara yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm