ABŞ-dan Türkiyəyə F-35 müjdəsi: S-400 maneəsi...
Bizi izləyin

Dünya

ABŞ-dan Türkiyəyə F-35 müjdəsi: S-400 maneəsi...

ABŞ-dan Türkiyəyə F-35 müjdəsi: S-400 maneəsi...

ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Törner Türkiyənin F-35 döyüş təyyarəsi proqramına yenidən qoşulması ilə bağlı ümidverici inkişafların olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “CBS News”-a açıqlamasında danışıb.

Törnerin sözlərinə görə, Türkiyə S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ Konqresində müzakirə olunan qanun layihəsinin tələblərinə uyğun hərəkət etməyə hazır olduğuna dair siqnal verib. O bildirib ki, bu halda S-400 artıq Ankaranın F-35 proqramına qayıtması üçün maneə olmayacaq.

Törner qanun layihəsinin müəlliflərindən senator Cinn Şaheenin də prosesə müsbət yanaşdığını vurğulayıb.

O, Türkiyənin NATO daxilində mühüm müttəfiq olduğunu deyərək, ölkənin yenidən F-35 proqramına qayıtmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm