Dünya
Moskvadan tələb - separatçıların maraqlarını nəzərə alın
Kreml Kiyevdən növbəti dəfə Donbas separatçıları ilə birbaşa danışıqların aparılmasını tələb edib.
Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov separatçıların maraqlarının “tam ölçüdə” nəzərə alınmasının vacib olduğunu bildirib.
“Mən Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatını şərh edə bilmirəm. Rusiyanı barmaqla göstərmək deyil, danışıqlar prosesinin iştirakçıları olan “özünümüdafiə bölmələri” ilə danışıqları davam etdirmək lazımdır. Onlar münaqişənin tamhüquqlu iştirakçıları olduğu üçün maraqlarını birbaşa bəyan etmək imkanına malik olmalıdırlar. Kiyev hakimiyyəti bu maraqları tam ölçüdə nəzərə almağa məcburdur”, - Lavrov vurğulayıb.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi 31 yanvarda uğursuzluğa uğrayan Minsk danışıqlarına Rusiyanın reaksiya verməməsini təcavüzə dəstək kimi qiymətləndirib.
Ömər Dağlı
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI













.jpg)





















.jpg)


