Dünya
Kral Çarlz məsciddə - FOTO
İngiltərə Kralı III Çarlz Londonda Kembric Mərkəzi Məscidini ziyarət edib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, kral ziyarət çərçivəsində məscidin imamları və Kembricdəki müsəlman icmasının nümayəndələri ilə görüşüb.
Ziyarətdə Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, Kembric Məscidi Fondunun vəqf işləri müdiri Zeynəb Coşqun Koç və Diyanət İşləri sədrinin müavini dosent doktor Səlim Argun da iştirak ediblər.
Çarlz Türkiyə Diyanət Vəqfinin töhfələri ilə inşa edilən məscidin müxtəlif bölmələrini gəzərək onun memarlıq xüsusiyyətləri və ekoloji yanaşması barədə məlumat alıb. Görüşlər zamanı dini icmaların qlobal istiləşmə ilə mübarizədə rolu və İslamda təbiətin qorunmasına dair təlimlər də müzakirə olunub.
Ziyarət zamanı Kral III Çarlza Səlimiyyə məscidinin günbəzindən ilhamlanaraq hazırlanmış dekorativ əşya, professor doktor Fuat Sezginin “İslam Sivilizasiyasının Elm İrsi” əsəri və Kembric Mərkəzi Məscidi haqqında prestij kitabı hədiyyə edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da kralın məscidə səfərindən məmnunluğunu ifadə edib və islamofobiya ilə mədəni irqçiliyin artdığı bir dövrdə bu ziyarətin böyük əhəmiyyət daşıdığını bildirib.
Qeyd edək ki, məscid 2019-cu ildə açılıb və sıfır karbon izi xüsusiyyətinə malikdir. Burada yağış suları toplanaraq suvarma və təmizlik işlərində istifadə olunur, elektrik enerjisinin təxminən 40 faizi isə günəş panelləri vasitəsilə əldə edilir.
Müəllif: Roza
-
Hadisə21:53Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başladı - VİDEO
-
Nida Xəbər 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO






















.webp)

.jpg)












