Dünya
Kolumbiyada İsraillə bağlı qalmaqal: Petro yeni prezidenti ittiham etdi
Kolumbiya prezidenti Qustavo Petro avqustun 7-də vəzifəni təhvil verəcəyi sağçı Abelardo de la Espriella hökumətinin İsraillə diplomatik münasibətləri bərpa etmək planını sərt şəkildə tənqid edib.
Publika.az xəbər verir ki, Bolivar şəhərində çıxışı zamanı Petro yeni hökuməti tanımadığını və ona qarşı küçələrdə güclü müxalifət formalaşdıracağını bildirib.
O, İsraillə münasibətlərin bərpası vədinə toxunub: “Qəzzada 22 min körpəni raketlərlə öldürən hökumətlə diplomatik münasibətləri yenidən qurmaq istəyirlər. Bu, milli şərəfimizə təhqirdir. Soyqırıma alqış tutmaq faşizmin özüdür”.
Petro həmçinin ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubionu Kolumbiyadakı prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib. O, ABŞ administrasiyasının Espriellanın xeyrinə seçki prosesinə təsir göstərdiyini iddia edərək seçkilərin legitimliyinə kölgə salındığını bildirib.
Kolumbiya prezidenti seçkilərin nəticələrini tanımayacağını bir daha vurğulayıb və solçu namizəd İvan Kepedanın xalq tərəfindən seçildiyini iddia edib. Petro seçkilərdə saxtakarlıqla bağlı sübutların məhkəməyə təqdim ediləcəyini açıqlayıb.
Ölkədəki sosial və təhlükəsizlik vəziyyətindən də danışan Petro yoxsulluğun və cinayət səviyyəsinin azaldığını bildirib.
Müəllif: Roza
-
Hadisə21:53Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başladı - VİDEO
-
Nida Xəbər 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO
-
Rəsmi xronika21:00İlham Əliyev "Yeni Daşkənd" layihəsi ilə tanış oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO






















.webp)

.jpg)












