Dünya
ABŞ kəşfiyyatından İranla bağlı ETİRAF - Tramp üçün risklər yaradır
ABŞ kəşfiyyatı ölkənin İrana qarşı hərbi əməliyyatlarının məqsədəuyğunluğu ilə bağlı şübhələrini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, analitiklər ABŞ və İran arasında uzunmüddətli qarşıdurma ehtimalını yüksək qiymətləndirirlər. Çünki İran ABŞ-ın hərbi əməliyyatları səbəbindən danışıqlardakı mövqeyini yumşaltmaya bilər.
Həmçinin analitiklər iki ölkənin hazırda sülhlə müharibə arasında qeyri-müəyyən vəziyyətdə qaldığını qeyd ediblər. Onların fikrincə, ABŞ-ın davam edən eskalasiyası prezident Donald Tramp üçün siyasi risklər yaradır və hərbi uğura zəmanət vermir.
Bununla yanaşı, ABŞ və İsrailin hücumları nəticəsində yüksək səviyyəli rəhbərlərini və hərbi texnikasının bir hissəsini itirməsinə baxmayaraq, Tehran rejiminin dayanıqlılığını qoruduğu vurğulanıb.
İsrailin isə ABŞ-ı İrana qarşı hərbi əməliyyatları bərpa etməyə inandırmağa çalışdığı, əsas məqsədin İranın raket potensialını zəiflətmək və nüvə infrastrukturunu məhv etmək olduğu qeyd olunub.
Müəllif: Roza
-
Hadisə17:41İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istədilər - VİDEO
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı


















.jpg)






.jpg)








