Dünya
Hindistan Rusiya nümayəndəsini XİN-ə çağırdı, tapşırdı ki...
Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanov Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Hindistan, Rusiyanın Ukrayna sahillərində ticarət gəmisinə hücumunu "birmənalı şəkildə pislədiyini" bildirmək üçün yüksək vəzifəli rus diplomatını çağırıb. Bu hücum nəticəsində dörd hindistanlı heyət üzvü də daxil olmaqla 10 nəfər həlak olub.
Bu, Rusiya-Ukrayna münaqişəsində hind dənizçilərinin ilk ölümüdür. Ladanov Rusiya səfiri Yeni Dehlidə olmadığı müddətdə çağırılıb.
Hindistan tərəfi vurğulayıb ki, "bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır".
Diplomata "ticarət gəmilərinin atəşə tutulması və nəticədə günahsız mülki şəxslərin ölümünün qəbuledilməz olduğu və dayandırılmalı olduğu barədə ciddi narahatlıqlarını Rusiya hakimiyyətinə çatdırmaq" tapşırılıb.
Müəllif: Tural
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır



















.jpg)





.jpg)








