Dünya
Bu Avropa ölkəsində 15 yaşdan kiçiklərə sosial media qadağan edildi
Fransa Parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi 279 deputatın lehinə, 81 deputatın əleyhinə səs verməsi ilə təsdiqlənib.
Bununla da Fransa sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.
Qanuna əsasən, sentyabrın 1-dən etibarən sosial media platformalarında yaş təsdiqləmə sistemi məcburi olacaq. 15 yaşdan kiçik şəxslərə yeni hesab açmağa icazə verilməyəcək. Hazırda aktiv olan 15 yaşdan kiçik istifadəçilərin hesabları isə 4 ay ərzində bağlanacaq.
Qeyd edək ki, Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da uşaqların sosial mediaya çıxışına yaş məhdudiyyəti tətbiq edən ölkələr sırasındadır.
Müəllif: Roza
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO





















.webp)


.jpg)











