İrandan İDDİA: Tramp neft qiymətlərini aşağı salmaq üçün yalan danışır
Bizi izləyin

Dünya

İrandan İDDİA: Tramp neft qiymətlərini aşağı salmaq üçün yalan danışır

İrandan İDDİA: Tramp neft qiymətlərini aşağı salmaq üçün yalan danışır

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Həsən Qaşqavi ABŞ prezidenti Donald Trampın İranın Vaşinqtonla danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə açıqlamasını təkzib edib.

Publika.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.

Qaşqavi bildirib ki, İran ABŞ-la danışıqları bərpa etməyə çalışmır və Trampın bu istiqamətdəki bəyanatları yalnız neft qiymətlərini aşağı salmağa yönəlib.

“Trampın İranın danışıqlar üçün müraciət etdiyi barədə iddiası heç bir şəkildə həqiqətə uyğun deyil. Onun təkrar-təkrar söylədiyi yalanlar artıq bazarları belə qısa müddətə sakitləşdirə bilmir”, - deyə o yazıb.

Qeyd edək ki, Tramp iyulun 21-də Livan prezidenti Cozef Aunla görüşündə İranın ABŞ-la yeni danışıqlar istədiyini, lakin Vaşinqtonun buna maraq göstərmədiyini bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm