Dünya
Makron hökumətində şok istefa: Arılara zərər verən qanun böhran yaratdı
Fransada arılara zərər verdiyi bildirilən iki pestisidin yenidən istifadəsinə icazə verən qanunun qəbulundan sonra ekoloji keçid naziri Monik Barbu istefa vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildiirlib ki, Fransa parlamenti şəkər çuğunduru, alma və fındıq istehsalçılarının Avropadakı rəqibləri ilə rəqabət apara bilməsi məqsədilə asetamiprid və flupiradifuron adlı iki pestisidin müəyyən şərtlərlə yenidən istifadəsinə icazə verən qanunu qəbul edib.
Qərara etiraz edən nazir Monik Barbu istefasını prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.
“Bu, ətraf mühit sahəsində yaşanan geriləmələrdən daha biri oldu. Siyasət mənim dünyam deyil. Əgər siyasət bundan ibarətdirsə, heç vaxt da mənim dünyam olmayacaq”, - deyə o qeyd edib.
Müəllif: Roza
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO
-
Nida Xəbər 16:50İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi
-
Nida Xəbər 15:36“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - VİDEO
-
Nida Xəbər 14:38Özbəkistan-Azərbaycan münasibətləri əbədi dostluq səviyyəsinə qalxır - Hikmət Hacıyev




















.webp)


.jpg)











