Dünya
Netanyahu ilə Mamdani arasında gərginlik: Məni həbs etdirə bilməyəcək
İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-York meri Zöhran Mamdaninin onu hərbi cinayətkar adlandıraraq, həbsinə çağırışına sərt reaksiya verib. O, meri "nifrəti qızışdırmaqda" ittiham edib və sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəyini bildirib.
Publika.az xəbər verir ki, Netanyahu bu barədə "Fox News"a müsahibəsində danışıb.
Baş nazir deyib ki, Nyu-York meri şəhərin bütün sakinlərini - yəhudiləri, xristianları, müsəlmanları və digərlərini təmsil etməlidir, lakin bunun əvəzinə cəmiyyətdə parçalanma yaratmağa çalışır.
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində irəli sürdüyü hərbi cinayət ittihamlarını "uydurma" adlandırıb.
İsrail hökumət başçısı ABŞ-da İsrailə ikipartiyalı dəstəyin zəifləməsindən də narahat olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə radikal sol qüvvələrin mövqeyi bu dəstəyə mənfi təsir göstərir.
Netanyahu həmçinin ABŞ və digər Qərb ölkələrində antisemitizmin artdığını iddia edib. O bildirib ki, Nyu-Yorkdakı yəhudi icması özünü əvvəlki kimi təhlükəsiz hiss etmir.
Qeyd edək ki, Nyu-York meri Zöhran Mamdani seçki kampaniyası zamanı Netanyahunun şəhərə gələcəyi halda BCM-nin həbs qərarının icrası üçün addımlar atacağını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkədə Netanyahunun ABŞ ərazisində olduğu müddətdə heç bir halda həbs edilməyəcəyini yazıb.
Adəm
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































