Dünya
NATO hərbi texnikası Rusiya sərhədinə doğru hərəkətə keçdi
NATO qüvvələrinin hərbi texnikası Litvanın cənub-qərbində, Kalininqrad vilayəti yaxınlığında yerləşən Kalvariya-Kazlu-Ruda marşrutu üzrə hərəkətə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müttəfiq qüvvələrin planlı yerdəyişməsi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır və hər hansı konkret təhlükə ilə bağlı deyil. Bununla belə, son günlər Suvalki dəhlizi ətrafında hərbi texnika və şəxsi heyətin hərəkətinin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb.
Təxminən 100 kilometr uzunluğunda olan Suvalki dəhlizi Polşa ilə Litvanı birləşdirərək Baltik ölkələrini NATO-nun digər üzvləri ilə əlaqələndirir. Eyni zamanda bu ərazi Belarusla Rusiyanın Kalininqrad vilayətini bir-birindən ayırır.
Qeyd edək ki, NATO son illərdə Baltik ölkələrində mütəmadi hərbi təlimlər keçirir. Litva, Latviya və Estoniya alyansın şərq cinahının daha da gücləndirilməsinin vacibliyini dəfələrlə bəyan edib.
Kreml isə NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunu milli təhlükəsizliyə təhdid adlandıraraq buna cavab tədbirləri görəcəyini açıqlayıb.
Adəm
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































