Dünya
İran yenə də Trampın dediklərini təkzib etdi: Bu, bizim təbiətimizə uyğun deyil
İran ABŞ-la danışıqlar tələb etməyib, çünki bu, İslam Respublikasının təbiətinə uyğun deyil.
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Diplomat qeyd edib:
"İran müharibəyə son qoymaq üçün ABŞ ilə danışıqları bərpa etməyi xahiş etməyib, bu, bizim təbiətimizə uyğun deyil. İslam Respublikası ABŞ-ın müharibənin sonunu müəyyən etməsinə icazə verməyəcək. Hörmüz boğazındakı vəziyyət dəyişməyib, bağlı olaraq qalır".
Bəqai əlavə edib ki, İran və Oman arasında Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqlar müsbət olub.
İyulun 21-də ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqtonla görüş tələb etdiyini bildirib. Lakin Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika tərəfi danışıqlarda maraqlı deyil.
Müəllif: Tural
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Röyadan fərqli fotolar
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO

































