Dünya
Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq
Finlandiyanın enerji şirkəti "Fingrid" 2027-ci ildən etibarən elektrik ötürücü xətlərinin dayaqlarında yerləşdirilən optik rabitə kabellərinə xidmət göstərməyəcəyini açıqlayıb. Bu qərar Rusiyanın Avropaya çıxan internet magistrallarının bir hissəsinə təsir edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xarici internet trafikinin təxminən 60-70 faizi Finlandiya üzərindən ötürülür. Mənbələrin sözlərinə görə, 2022-ci ildən Rusiya Finlandiyaya elektrik enerjisi ixrac etmədiyi və ödənişlər dayandırıldığı üçün həmin dayaqların saxlanılması iqtisadi cəhətdən sərfəli hesab olunmur. Nəticədə optik kabellərin sökülməsi və dayaqların demontajı planlaşdırılır.
"Forbes"in məlumatına görə, 2025-ci ildə Rusiyada xarici internet trafikinin həcmi 15-20 faiz artıb və hazırda ümumi trafikin təxminən 30 faizini təşkil edir.
Bununla belə, telekommunikasiya bazarındakı mənbələr bildirirlər ki, Rusiya operatorları artıq Finlandiyanın telekommunikasiya şirkətləri ilə alternativ marşrutlar üzrə danışıqlar aparırlar. Həmçinin digər sərhəd keçidlərindən istifadə imkanları da nəzərdən keçirilir.
Ekspertlərin fikrincə, qərar Şimal-Qərb Federal Dairəsində rabitə xidmətlərinin keyfiyyətinə müəyyən təsir göstərə bilsə də, Rusiya abonentləri üçün genişmiqyaslı internet kəsintisi gözlənilmir. Belarus, Baltikyanı ölkələr və Baltik dənizindən keçən sualtı kabel sistemləri vasitəsilə beynəlxalq trafikin alternativ marşrutlara yönəldilməsi mümkün hesab edilir.
Müəllif: Adəm
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































