Dünya
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniya kansleri Fridrix Mertsin Avropada liderlik iddialarına sərt reaksiya verib.
Publika.az xəbər verir ki, TASS-a müsahibəsində Lavrov Mertsin Almaniyanın yenidən Avropanın əsas gücü olacağını deməsinə cavab olaraq, "Əgər bu qədər açıq danışırsansa, hazır ol", - deyə qeyd edib.
Lavrov həmçinin müsahibəsində emosional ifadələr işlətməsinə də münasibət bildirib. O vurğulayıb ki, bəzən gözlənilməz və ya yanlış hesab etdiyi addımlarla qarşılaşanda "sərt və acı sözlər" işlədə bilir, çünki o da canlı insandır.
Xatırladaq ki, bundan əvvəl Serb Respublikasının "Müstəqil sosial demokratlar" Alyansının sədri Milorad Dodik Fridrix Mertsin gələcəkdə Avropanın yeni liderinə çevrilə biləcəyini istisna etməmişdi. Dodikin sözlərinə görə, hazırda Avropada vahid lider yoxdur və ayrı-ayrı ölkələrin rəhbərləri öz dövlətlərindəki problemləri həll etməkdə çətinlik çəkdikləri üçün ümumavropa lideri roluna iddia edə bilmirlər. O, Almaniyanın özünün də çoxsaylı problemlərlə üzləşdiyini vurğulayıb.
Müəllif: Adəm
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































