Dünya
Trampla bağlı paylaşım edən pivə zavodunun lisenziyası ləğv edildi
ABŞ-ın Viskonsin ştatında fəaliyyət göstərən “Minocqua Brewing” pivə zavodunun lisenziyası ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Bildirilib ki, qərarın səbəbi müəssisəyə başqa ştatdan lazımi icazə və vergi ödənişi olmadan pivə gətirilməsi olub. Qərar avqustun 4-dən qüvvəyə minəcək.
Pivə zavodunun sahibi, liberal fəal Kirk Benqstad isə qərarın siyasi motivli olduğunu iddia edərək məhkəmədə mübarizə aparacağını bildirib.
Qeyd olunub ki, pivə zavodu daha əvvəl sosial şəbəkələrdə ABŞ prezidenti Donald Trampa qarşı paylaşımları ilə gündəmə gəlib. Apreldə Ağ Evdə baş verən silahlı insidentdən sonra müəssisənin hesabında "Pulsuz pivə gününə yaxınlaşırıq" ifadəsi paylaşılıb, həmçinin Trampın öldürülməsinə eyham kimi qiymətləndirilən başqa açıqlamalar da yayılıb.
Müəllif: Roza
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































