Dünya
ABŞ-ın Misir limanındakı gəmisinə PUA çırpıldı
Misirin Dimyat limanında qaz saxlama və reqazifikasiya gəmilərində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisəyə fövqəladə hallar planına uyğun olaraq dərhal müdaxilə edilib. Yanğının söndürülməsi və vəziyyətin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlar, yanğınsöndürmə və təhlükəsizlik qrupları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur.
Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi hadisə yerindədir.
“Ambrey” dəniz təhlükəsizliyi şirkətinin yaydığı məlumata görə, ABŞ-a məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb. PUA "Energos Winter" gəmisinə çırpılıb, bundan sonra gəmidə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı "Gaslog Salem" qazdaşıyan gəmisinə keçib.
Hücuma hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin122 Avqust 18:48Faiq Ağayevə ağır itki üz verdi


































