Dünya
“Tesla”nın Çindəki biznesi satıla bilər
ABŞ-ın elektromobil istehsalçısı “Tesla” Çindəki biznesini sata və ya onu ayrıca hüquqi qurum kimi ayıra bilər.
Publika.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, “Tesla”nın Çindəki bölməsinin satılması planı şirkətin “SpaceX” ilə birləşdirilməsinə hazırlıqla bağlıdır. “SpaceX” ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas podratçılarından biridir və bu status şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyur. Birləşmə baş verəcəyi təqdirdə, “Tesla”nın Çin bölməsinin ümumi strukturdan ayrılması mümkün maraqlar toqquşmasının və tənzimləyici risklərin qarşısını almağa imkan verəcək.
Məsələdən xəbərdar mənbələrin sözlərinə görə, İlon Mask son illərdə “Tesla”nın fəaliyyətini elə təşkil edib ki, şirkətin ABŞ və Çin bölmələri arasında heç bir əlaqə olmasın. O, iki ölkə arasında geosiyasi gərginlik yaranacağı halda, heç olmasa “Tesla”nın ABŞ-dakı hissəsinin fəaliyyətini fasiləsiz davam etdirəcəyinə əmin olmaq istəyib.
“The Times” nəşrinin məlumatına görə, İlon Maskın “Tesla” şirkətindən 2025-ci il üçün ala biləcəyi əməkhaqqı 158 milyard ABŞ dollarına çata və 12 rəqəmli məbləğ təşkil edə bilər. Söhbət şirkətlə bağlanmış kompensasiya sazişi çərçivəsində nəzərdə tutulan ödənişdən gedir. Həmin sazişə əsasən, səhmdarlar dünyanın ən varlı şəxsi olan Maskın tələb etdiyi kompensasiya paketinin ödənilməsinə razılıq veriblər.
Hüseyn İbadlı
-
Magazin223:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
































