Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Bizi izləyin

Dünya

Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək

Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hökumətinin İsraillə birgə həyata keçirməyi planlaşdırdığı 4,5 milyard avroluq "Axilles Qalxanı" hava hücumundan müdafiə sistemi layihəsi ölkədə müxalifətin sərt tənqidinə səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Yunanıstanın keçmiş maliyyə naziri, “MeRA25” Partiyasının sədri Yanis Varoufakis layihəni "strateji baxımdan məntiqsiz" adlandırıb.

Onun sözlərinə görə, "Axilles Qalxanı" Türkiyədən atılan raketlərin yarısını belə zərərsizləşdirsə, Ankara buna cavab olaraq iki dəfədən çox raket buraxacaq. Varoufakis hesab edir ki, layihə yalnız regionda gərginliyi artıracaq və Yunanıstana heç bir fayda verməyəcək.

“MeRA25” Partiyası da yaydığı bəyanatda Mitsotakis hökumətinin İsrail və NATO-nun hərbi siyasətindən asılılığını tənqid edib. Partiya rəhbərliyi sosial və iqtisadi problemlərin dərinləşdiyi bir dövrdə 4,5 milyard avronun hərbi layihəyə ayrılmasını doğru hesab etmədiyini bildirib.

Müxalifət həmçinin Yunanıstanın ABŞ, NATO və İsraillə formalaşdırdığı hərbi xəttdən uzaqlaşmasını, Türkiyənin də daxil olduğu Aralıq dənizi ölkələrinin iştirakı ilə regional sülh konfransının keçirilməsini təklif edib.

Buna baxmayaraq, Afina hökuməti və ona yaxın media qurumları Varoufakisin açıqlamalarını "Türkiyənin mövqeyinə xidmət etmək" kimi qiymətləndiriblər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm