Bağlı qapını sındırmağın mənası yoxdur - Moskvadan NATO ilə bağlı mühüm etiraf
Bizi izləyin

Dünya

Bağlı qapını sındırmağın mənası yoxdur - Moskvadan NATO ilə bağlı mühüm etiraf

Bağlı qapını sındırmağın mənası yoxdur - Moskvadan NATO ilə bağlı mühüm etiraf

NATO kollektiv təhlükəsizlik sahəsində KTMT ilə əməkdaşlıq etmək istəməyib və istəmir - "qapalı qapıları sındırmağın" mənası yoxdur.

Publika.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev “RİA Novosti”yə bildirib.

“KTMT Daimi Şurasının sədri kimi, İsveçrədə ATƏT-in fəaliyyətdə olan sədrliyi ilə görüşdüm. Həmçinin ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda iştirak etdim və orada NATO ölkələrinin nümayəndələri də daxil olmaqla, iştirakçılarla dialoqlar apardım. Yalnız onu deyə bilərəm ki, NATO heç vaxt qarşılıqlı münasibət bildirmək istəyini göstərməyib. “Bağlı qapı”nı sındırmağa məcbur etməyin mənası yoxdur”, - deyə Vasilyev agentliyə bildirib.

O, vurğulayıb ki, bu baxımdan Rusiya lideri Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya məkanında yeni təhlükəsizlik arxitekturası yaratmaq təşəbbüsləri irəli sürüblər. Bununla bağlı işlər, o cümlədən KTMT çərçivəsində işlər başlayıb. Vasilyev hesab edir ki, bu payız Moskvada keçiriləcək Minsk Təhlükəsizlik Konfransı və Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumu zamanı bu prosesə daha da təkan veriləcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm