Dünya
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
İspaniyada keçirilən rəy sorğusu göstərib ki, ölkə əhalisinin böyük əksəriyyəti Mərakeşin miqrasiya böhranından baş nazir Pedro Sançesə siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini düşünür.
Publika.az xəbər verir ki, "La Razón" qəzetinin dərc etdiyi "NC Report" sorğusuna əsasən, respondentlərin 69,3 faizi Mərakeşin İspaniya hökumət başçısını miqrant axını ilə "şantaj etdiyini" hesab edir. Sorğu iştirakçılarının 22,9 faizi bununla razılaşmayıb, 7,8 faizi isə cavab verməkdə çətinlik çəkib.
Sorğu iştirakçıları Mərakeşin ümumi siyasətinə də mənfi qiymət veriblər. Belə ki, respondentlərin 77,3 faizi bu siyasəti İspaniyaya qarşı düşmən mövqeyi kimi qiymətləndirib. Əks fikirdə olanların payı 16,1 faiz, mövqe bildirməyənlərin payı isə 6,6 faiz təşkil edib.
Araşdırma iyulun 31-dən avqustun 3-dək 1000 nəfər yetkin yaşlı İspaniya vətəndaşı arasında aparılıb. Statistik xəta payının 3,17 faiz olduğu bildirilib.
Sorğu İspaniyanın Şimali Afrikadakı Mərakeşlə həmsərhəd muxtar şəhəri Seutada baş verən son hadisələr fonunda keçirilib. İyulun sonunda şəhərə kütləvi miqrant axını qeydə alınıb.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Seutaya təxminən 72 min nəfər gəlib. Onlardan 70 minə yaxını sonradan yenidən Mərakeş ərazisinə qayıdıb.
Adəm
-
Magazin217:34Məşhur aktrisa Ərdoğandan kömək istədi: "Gecələr yata bilmirəm" - FOTO
-
Yaxın Şərq15:50ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
-
Sosial15:00Tahir Kərimliyə ağır itki
-
Rəsmi xronika13:50İlham Əliyev Sərəncam imzaladı
-
Region13:12Rusiya Qafanda konsulluq açacaq? - Bağır Məmiyev detalları açıqladı
-
Rəsmi xronika13:08İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi
-
Nida Təhlil 12:4716 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
Nida Xəbər 11:43Qalyandan Hikmət Hacıyevin çağırışına cavab gəldi: Xalq qərar verəcək




























.jpg)







