Dünya
Qadın 2 mindən çox sifarişi ləğv etdiyi üçün həbs olundu
Yaponiyada 32 yaşlı Yoşida Mayu 2100-dən çox sifariş verərək onları ləğv etdiyi üçün həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə Tokio Metropoliten Polis Departamenti məlumat yayıb.
Bildirilib ki, o, 2024-cü ilin iyulundan 2025-ci ilin mayınadək eyni platformadan 238 fərqli hesab vasitəsilə məhsullar sifariş edib.
İstintaqın məlumatına əsasən, qadın ya ödənişi gecikdirərək sifarişlərin avtomatik ləğv edilməsinə səbəb olub, ya da qapıda ödəniş seçimini etdikdən sonra bağlamaları qəbul etməkdən imtina edib.
Ləğv edilən sifarişlərin ümumi dəyəri təxminən 27,2 milyon ABŞ dolları olub. Yoşida ifadəsində günahını etiraf edərək, bu hərəkətlərinin stressdən irəli gəldiyini bildirib.
Sifarişlərin verildiyi şirkət hadisə nəticəsində stok problemləri, satış itkiləri və çatdırılma xərcləri səbəbindən böyük maliyyə ziyanına uğradığını açıqlayıb.
Müəllif: Roza
-
Magazin217:34Məşhur aktrisa Ərdoğandan kömək istədi: "Gecələr yata bilmirəm" - FOTO
-
Yaxın Şərq15:50ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır
-
Sosial15:00Tahir Kərimliyə ağır itki
-
Rəsmi xronika13:50İlham Əliyev Sərəncam imzaladı
-
Region13:12Rusiya Qafanda konsulluq açacaq? - Bağır Məmiyev detalları açıqladı
-
Rəsmi xronika13:08İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi
-
Nida Təhlil 12:4716 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
Nida Xəbər 11:43Qalyandan Hikmət Hacıyevin çağırışına cavab gəldi: Xalq qərar verəcək





























.jpg)
.jpg)







