Dünya
Rusiya qisasa başladı - Gümrüdə həbslər
Gümrüdə Avetisyanlar ailəsinin yeddi üzvünü qətlə yetirməkdə şübhəli bilinən rus əsgərin Ermənistan hüquq-mühafizə strukturlarına verilməsi tələbilə aksiyada iştirak edənlər arasında həbslər başlanıb.
Publika.az-ın məlumatına görə, ötən gecə etiraz aksiyası iştirakçılarından biri, Sarnaxbyur kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan çağırış vərəqəsi göndərilmədən polis şöbəsinə çağırılıb. Bir neçə saat saxlanıldıqdan sonra ibtidai istintaq təcridxanasına yerləşdirilib.
Yerli kütləvi informasiya vasitələrinə bu barədə məlumat verən Aleksanyanın qohumları onun ifadə verməkdən imtina etdiyini bildiriblər. Gümrü “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan bu həbslərin şəhərdə ictimai gərginliyin daha artmasına səbəb olacağını bildirir.
Qeyd edək ki, yanvarın 15-də Avetisyan ailəsinin altı üzvünün dəfn mərasimindən sonra minlərlə Gümrü sakini Ermənistan ərazisində cinayət törətməkdə ittiham olunan Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun bazanın ərazisində saxlanılmasına qarşı və Ermənistan ədliyyə organlarına təhvil vermək tələbilə Şirak vilayət prokurorluğu önündə etiraz aksiyasına toplaşmışdı.
Yerli və mərkəzi Ermənistan hakimiyyətinin “fəaliyyətsizliyindən hiddətlənən” yüzlərlə aksiya iştirakçısı Rusiya hərbi bazası və şəhərdə Rusiya konsulluğu istiqamətində yürüş başlayıb, lakin gücləndirilmiş polis cərgələrilə rastlaşıb. Toqquşma nəticəsində 20-yə yaxın adam, o cümlədən polis əməkdaşları xəsarət alıb.
Barseğyan öz Facebook səhifəsində iğtişaşların polis tərəfindən təhrik edildiyini yazıb.
Ermənistan Baş prokurorluğu baş prokuror Gevorq Kostanyanın Avetisyan ailəsi üzvlərinin qətlə yetirilməsi faktı üzrə cinayət işinin icrasını Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi vəsatətilə Rusiya baş prokuroru Yuri Çaykaya müraciət etdiyini bildirib.
Eyni zamanda, İntrefaks agentliyi öz mənbələrinə istinadən məhkəmə prosesinin Ermənistan hərbi qarnizonunun məhkəməsində keçiriləcəyi haqqında məlumat yayıb.
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15 May 15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi






.jpg)





.jpg)

.jpg)
.jpg)
.webp)















.jpg)



