Dünya
Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı
Dünya liderlərinin şəxsi həyatı, xüsusilə də ailə vəziyyəti və övladlarının sayı ictimaiyyətin maraq göstərdiyi mövzulardandır. Bəzi liderlərin çoxuşaqlı ailələri olduğu halda, digərlərinin övladı yoxdur.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, dünya liderlərinin ailə məlumatları əsasında hazırlanan siyahıda ən çox övladı olan lider Qətər Əmiri Təmim bin Həməd Al Sani göstərilib. Onun 13 övladının olduğu qeyd olunur.
Siyahıda övladlarının sayına görə digər çoxuşaqlı liderlər də yer alıb. Brunei Sultanı Hassanal Bolkiahın 12, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin 12, Küveyt Əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın isə 12 övladı var.
Konqo Respublikasının Prezidenti Denis Sassou Nguessonun 11, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın 9, Tacikistan Prezidenti Emoməli Rəhmonun 9, Botsvana Prezidenti Duma Boko və Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın isə 9 övladı olduğu qeyd edilir.
Siyahıda daha az övladı olan liderlər də var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 4, ABŞ Prezidenti Donald Trampın 5, Rusiya Prezidenti Vladimir Putinin isə 2 övladının olduğu göstərilir.
Bəzi dövlət və hökumət başçılarının isə övladı yoxdur. Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi və Almaniyanın sabiq kansleri Olaf Şolts bu siyahıda övladı olmayan liderlər arasında göstərilib.
Müəllif: Publika.az
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi













.png)
















.jpg)

