Dünya
Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!
Rusiya hərbçiləri 2008-ci il avqustun 12-də imzalanmış altı bəndlik saziş üzrə Moskvanın üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa zidd olaraq Gürcüstanın işğal olunmuş bölgələrində qalmaqda davam edirlər.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın birgə bəyanatında bildirilib.
Onların qiymətləndirməsinə görə, bu ərazilərin sonrakı hərbiləşdirilməsi təkcə Gürcüstan üçün deyil, həm də regional və Avropa sabitliyi üçün ciddi təhlükə yaradır.
Bəyanatda, həmçinin, 2026-cı il mayın 9-da Moskva ilə işğal olunmuş regionun qondarma “hakimiyyəti” arasında “müttəfiqliyin və əməkdaşlığın dərinləşdirilməsi haqqında” imzalanmış sazişə də istinad edilir. Bundan əlavə, Rusiya yaxınlarda öz vətəndaşını Cənubi Osetiyanın nominal rəhbəri təyin edib.
“Bu sənəd, eləcə də Rusiya vətəndaşının regionun rəhbəri təyin edilməsi regionun tamhüquqlu anneksiyasının mümkünlüyü ilə bağlı narahatlıq doğurur və belə bir addım cavabsız qalmayacaq”, – bəyanatda qeyd olunub. (Axar.az)
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır

































.jpg)


