İdman
“Qalatasaray”da kritik həftə: “10 nömrə” transferi üçün son mərhələ
Super Liqada ardıcıl 5-ci çempionluğunu hədəfləyən “Qalatasaray” transfer çalışmalarını tam sürətlə davam etdirir.
Publika.az xəbər verir ki, “10 nömrə” mövqeyi üçün 3 namizəd müəyyənləşdirən İstanbul təmsilçisi kritik həftəyə daxil olub.
Baş məşqçi Okan Burukun təqdim etdiyi siyahıya uyğun hərəkətə keçən və xüsusilə on nömrə mövqeyini gücləndirmək istəyən “Qalatasaray” üçün kritik həftə başlayıb.
“Qalatasaray” uzun müddətdir transfer etmək istədiyi Can Uzundan əl çəkməyib. İstanbul klubunun rəhbərliyi lazım gələrsə, bu transferi son günə qədər reallaşdırmağa çalışacaq. Bunun səbəbi isə baş məşqçi Okan Burukun Canı yalnız on nömrə kimi deyil, həm də cinah alternativi və zaman-zaman iki hücumçulu sistemdə köməkçi oyunçu kimi düşünməsidir.
Frankfurtla son danışıqlarda təklif 30 milyon avro həddinə çatıb. Lakin Bundesliqa təmsilçisi yüksək qiymət tələb etmək mövqeyini qoruyur və 50 milyon avroda israr edir.
U-23 kontingentinə uyğun əcnəbi “10 nömrə” axtarışında isə “Qalatasaray”ı daha hərəkətli həftə gözləyir. “Porto”dan Rodriqo Mora və Moskva “Lokomotiv”indən Aleksey Batrakov klubun gündəmindədir. “Cim Bom” “Çorumspor”la oyuna qədər on nömrə transferini başa çatdırmaq istəyir.
Prezident Özbekin təsdiqlədiyi Batrakov üçün “Qalatasaray” 25 milyon avro transfer haqqı ilə yanaşı, 3 milyon avro menecer komissiyası ödəməyə də razıdır.
19 yaşlı Moraya 50 milyon avro qiymət qoyulduğu üçün “Qalatasaray” “Porto”ya icarə təklifi təqdim edib. Menecer Jorje Mendes portuqaliyalı on nömrənin transferi ilə bağlı iki klub arasında danışıqları davam etdirir.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı








.webp)
.webp)










.jpg)














