Generala sui-qəsd: Evinin qarşısında öldürüldü - FOTO
Bizi izləyin

Dünya

Generala sui-qəsd: Evinin qarşısında öldürüldü - FOTO

Generala sui-qəsd: Evinin qarşısında öldürüldü - FOTO

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Həftara bağlı Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Fevzi əl-Mansurinin Benqazi şəhərində törədilən partlayış nəticəsində öldürüldüyü bildirilir.

Publika.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan və adının açıqlanmasını istəməyən liviyalı təhlükəsizlik rəsmisinin sözlərinə görə, hadisə Benqazinin şərq ətrafındakı Əs-Seyyidə Aişə bölgəsində baş verib.

Məlumata əsasən, Mansurinin avtomobilinin altına kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirilib. General avtomobilə minərkən qurğu partladılıb və nəticədə o, həyatını itirib.

Hadisə ilə bağlı hələlik Liviyanın rəsmi qurumları tərəfindən açıqlama verilməyib.

Fevzi əl-Mansuri 3 avqust 2021-ci ildən Səbha Hərbi Dairəsinin komandanı vəzifəsində çalışıb. O, 20 may 2024-cü ildə Xəlifə Haftər tərəfindən Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri təyin edilmişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm