Polşa-Ukrayna münasibətlərində yeni gərginlik: Kiyev parada dəvət edilmədi
Bizi izləyin

Dünya

Polşa-Ukrayna münasibətlərində yeni gərginlik: Kiyev parada dəvət edilmədi

Polşa-Ukrayna münasibətlərində yeni gərginlik: Kiyev parada dəvət edilmədi

Polşa ilə Ukrayna arasında münasibətlərdə gərginlik daha da artır. Ukraynanın Polşanın ən böyük hərbi paradına dəvət edilmədiyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz "X" hesabında yazıb.

Onun sözlərinə görə, avqustun 15-də Varşavada keçiriləcək Polşanın ən böyük hərbi paradında Ukrayna təmsil olunmayacaq.

Jurnalist bu qərarın Varşava ilə Kiyev arasında davam edən gərginliklə bağlı olduğunu bildirib.

“Ukraynanın parad tədbirinin olmaması Varşava ilə Kiyev arasında davam edən gərginliklə əlaqəlidir. Münasibətlərin qopması düşündüyümüzdən daha yaxındır”, - deyə Bouz qeyd edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm