Kam­bolov ilk namizəd oldu - Qondarma “Cənubi Osetiya Respublikası”nda “prezident seçkiləri”
Bizi izləyin

Dünya

Kam­bolov ilk namizəd oldu - Qondarma “Cənubi Osetiya Respublikası”nda “prezident seçkiləri”

Kam­bolov ilk namizəd oldu - Qondarma “Cənubi Osetiya Respublikası”nda “prezident seçkiləri”

Gürcüstanın separatçı regionu olan qondarma “Cənubi Osetiya Respublikası”nın Mərkəzi Seçki Komissiyası (MSK) "respublika" rəhbərinin səlahiyyətlərini icra edən Marat Kambolovu sentyabrın 18-də keçiriləcək növbədənkənar "prezident seçkiləri"ndə namizəd kimi qeydə alıb.

Publika.az xəbər verir ki, bu barədə qondarma “Cənubi Osetiya Respublikası”nın MSK-nın mətbuat xidməti məlumat yayıb.

Qərar MSK-nın 96-cı iclasında qəbul olunub. Kambolovun namizədliyini Kommunist Partiyası, “Yedinaya Osetiya” və “Nıxas” partiyaları dəstəkləyib. Onun namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs qrupu iyulun 10-da qeydə alınıb və imza toplamasına icazə verilib.

Hazırda seçkilərdə iştirak üçün Zurab Kokoev (“Yedinstvo”), Xoxa Çoçiyev (“İr Fərn”) və Murat Vəliyev (“Patriotı Alanii”) də namizədliyini irəli sürüb. Kazbek Kodoyevin dəstəklənməsi üçün təşəbbüs qrupu yaradılıb. Bu namizədlərin qeydiyyatı ilə bağlı qərarlar avqustun 23-dək qəbul edilməlidir.

Növbədənkənar seçkilər iyunun 23-də Alan Qaqloyev "prezident" səlahiyyətlərindən istefa verdikdən sonra təyin edilib. Qaqloyev daha sonra Rusiya prezidentinin müşaviri təyin olunub. "Prezident" səlahiyyətlərinin icrası isə hökumət başçısı Marat Kambolova həvalə edilib.

Qeyd edək ki, qondarma “Cənubi Osetiya Respublikası”nın parlamenti iyulun 1-də "prezident seçkiləri"nin sentyabrın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm