Bill Qeytsin qızının biznesi ətrafında qalmaqal: Milyonlarla dollarlıq fırıldaq
Bizi izləyin

Dünya

Bill Qeytsin qızının biznesi ətrafında qalmaqal: Milyonlarla dollarlıq fırıldaq

Bill Qeytsin qızının biznesi ətrafında qalmaqal: Milyonlarla dollarlıq fırıldaq

"Microsoft"un qurucusu Bill Qeytsin 23 yaşlı qızı Fibi Qeytsin yaratdığı "Phia" startapı ətrafında qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, onlayn alış-veriş zamanı kupon və endirim kodlarını avtomatik göstərən brauzer əlavəsi kimi fəaliyyət göstərən "Phia" qısa müddətdə 40 milyon dollardan çox investisiya cəlb edib. Startapa Heyli Biber, Xloi Kardaşyan, Sidney Svini, Paris Hilton və Cessika Alba kimi məşhurlar da sərmayə qoyub.

Lakin "Bloomberg"in araşdırmasından sonra şirkət ciddi fırıldaqçılıq ittihamları ilə üzləşib. İddialara görə, "Phia" bir neçə ay ərzində istifadəçilərin xəbəri olmadan brauzerlərə kukilər yerləşdirərək “cookie-stuffing” üsulundan istifadə edib. Bu yolla şirkətin faktiki olaraq həyata keçirmədiyi satışlardan komissiya aldığı bildirilir.

ABŞ prokuroru Ariel Givner bildirib ki, belə praktika ölkədə internet fırıldaqçılığı kimi təqib oluna bilər. Bu halda böyük məbləğdə cərimə, nəzəri olaraq isə 20 ilədək həbs cəzası nəzərdə tutula bilər.

Hələlik Fibi Qeytsə qarşı rəsmi ittiham irəli sürülməyib. "Bloomberg"in mənbələrinə görə isə Qeyts və onun həmtəsisçisi mübahisəli praktikalardan hələ 2025-ci ilin sonlarında xəbərdar olublar. İddiaya görə, Qeyts dekabr ayında göndərdiyi xidməti qeyddə kukilərin bütün saytlarda avtomatik yerləşdirilib-yerləşdirilmədiyini soruşub.

"Phia" isə ittihamları rədd edib və mübahisə doğuran funksiyaların iyulun 7-də silindiyini açıqlayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm